Smollinq “Roma”dan ayrıldı

İtaliyanın “Roma” klubunun müdafiəçisi Kris Smollinq paytaxt təmsilçisindən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə 30 yaşlı ingilis futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.

Müqavilə ilə İngiltərənin “Mançester Yunayted” klubuna məxsus olan Smollinq icarə müqaviləsinin bitməsi ilə əlaqədar “canavarlar”la yollarını ayırıb. O, Avropa Liqasında “Sevilya”ya qarşı oyunda “Roma”ya kömək edə bilməyəcəyi üçün məyus olduğunu söyləyib.

Qeyd edək ki, “Roma” Smollinqi mövsümün əvvəlində icarəyə götürmüşdü. İtaliya klubu onu heyətində saxlamaq istəsə də, MY ilə razılığa gələ bilməyib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button