Slovakiya Azərbaycanı qabaqladı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının yer aldığı 2-ci qrupda bu gün daha bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, Lixtenşteyn yığması öz meydanında Slovakiyanı qəbul edib. Altı qolun qeydə alındığı matç qonaqların qələbəsi ilə yekunlaşıb – 4:2.

İlk qələbəsini qazanan Slovakiya yığması turnir cədvəlində millimizi qabaqlayıb.

AÇ-nin seçmə mərhələsi, 2-ci qrup

9 oktyabr

Lixtenşteyn – Slovakiya 2:4

Bu oyundan sonra 2-ci qrupda turnir cədvəlindəki vəziyyət belədi:

Gürcüstan – 6, İsveçrə – 3, Slovakiya – 3, Azərbaycan – 3, Lixtenşteyn – 3 Fransa – 0.