Slovakiya – Azərbaycan matçının hakimləri açıqlandı

Trnavada Slovakiya və Azərbaycan milli komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci tur oyununun təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Uilyam Kollama Devid Makgiçi və Frensis Konnor laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Doland Robertson yerinə yetirəcək.

Sentyabrın 22-də keçiriləcək qarşılaşma saat 22:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button