Slovakiya – Azərbaycan: Mətbuat konfransı və açıq məşq olacaq

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu tədbirlər matçdan bir gün əvvəl – sentyabrın 21-də təşkil olunacaq:

Slovakiya milli komandası
Saat 15:30. Mətbuat konfransı
Saat 16:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
Saat 18:00. Mətbuat konfransı
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Tədbirlərin başlama saatı yerli vaxtla göstərilib.

Slovakiya – Azərbaycan oyunu sentyabrın 22-də Trnavada, Antona Malatinski stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button