“Slaviya” qələbəyə, biz məğlubiyyətə layiq idik” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının qrup mərhələsinin 4-cü tur matçında “Slaviya”ya məğlubiyyəti (0:2) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis rəqib komandanın qələbəyə layiq olduğunu bildirib:

“Slaviya” həqiqətən qələbəyə, biz isə məğlubiyyətə layiq idik. “Slaviya” Romadakı oyunumuzdakı kimi oynadı. Biz bu oyunu cinahda Zalevski, hücumçu kimi isə El Şaaravi ilə keçirməyə hazırlaşırdıq, lakin məğlubiyyətimizin səbəbi bu deyil”.

“Roma” 4 turdan sonra 9 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button