
“Skaloni Argentina futbol tarixinin ən yaxşı məşqçilərindən biridir”
Argentina millisinin sabiq yarımmüdafiəçisi Xuan Roman Rikelme, Lionel Skalonini ölkə futbolu tarixinin ən uğurlu məşqçilərindən biri adlandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Skaloni futbol tariximizin ən yaxşı məşqçilərindən biridir. Bizə yaşatdıqları sevincə görə ona, məşqçi heyətinə və futbolçulara minnətdarıq. Karlos Bilardo, Luis Menotti, Skaloni, Alfio Basile… Ölkəmizə uğurlar qazandıran bütün məşqçilərə təşəkkür etməliyik. Dieqo Maradona ilə inanılmaz dərəcədə şanslı idik, Lionel Messi dövründə yaşamaq da eyni dərəcədə böyük şansdır”.
Lionel Skaloni Argentina millisinin baş məşqçisi kimi 2022-ci il dünya çempionatını və iki dəfə Amerika kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



