“Sizə bunları yaşatdığımıza görə üzr istəyirəm!” – “Neftçi”nin kapitanı

“Neftçi”nin kapitanı Emin Mahmudov “instaqram” hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi uğursuz mövsümə görə azarkeşlərdən üzr istəyib:

“Dəyərli “Neftçi” azarkeşləri!

Neçə gündür ki, sizə yazmaq istəyirəm. Lakin indi özümdə güc və inam tapıb sizə yazıram. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. İstədiyimizi, istədiyinizi verə bilmədik. Bilməyinizi istəyirəm ki, nəinki son oyuna görə, ümumi mövsümə görə çox utanıram. Siz bu nəticəyə layiq deyilsiniz. “Neftçi” ailəsinin kapitanı olaraq sizə bunları yaşatdığımıza görə üzr istəyirəm!”

“Neftçi” Premyer Liqada 5-ci yeri tutaraq avrokuboklardan kənarda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button