“Sivasspor”un daha bir futbolçusu koronavirusa yoluxdu

Türkiyənin “Sivasspor” klubunda daha iki nəfərin koronavirusa yoluxduğu üzə çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bir futbolçunun və bir klub işçisinin COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Adları açıqlanmayan şəxslər karantinə alınıblar. Daha öncə koronavirus aşkarlanmış futbolçulardan birinin isə sonuncu testinin neqativ çıxdığı açıqlanıb.

Yeri gəlmişkən, “Sivasspor”un yarımmüdafiəçisi Yasin Öztekin sosial şəbəkə hesabında koronavirusa yoluxduğunu bəyan edib. O, evində karantində olduğunu və özünü yaxşı hiss etdiyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button