“Qalatasaray”ın məşqçiləri “Sivasspor” – “Qarabağ” oyununu izləyəcəklər

“Sivasspor” bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək qarşılaşmanı “Qalatasaray” klubunun məşqçiləri də izləyəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Super Liqanın 8-ci turunda, noyabrın 8-də “Sivasspor”la qarşılaşacaq “Qalatasaray”ın baş məşqçisi Fatih Terim rəqibi daha yaxşı təhlil etmək üçün ya özü, ya da köməkçilərindən biri bugünkü “Sivasspor” – “Qarabağ” matçını stadiondan izləyəcək.

“Sivasspor” – “Qarabağ” qarşılaşması saat 21:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button