Simeoneyə 1 oyun lazımdır

İspaniyanın “Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone Madrid klubunda rekorda imza atıb.

Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis paytaxt təmsilçisini La Liqada 407-ci oyununa çıxarıb.

O, buna komandanı La Liqanın 5-ci turunda “Selta” ilə matça (4:1) çıxarmaqla nail olub. Beləcə, Simeone bu göstəricidə əvvəlki rekordun sahibi Luis Araqonesə çatıb.

Dieqo La Liqanın 6-cı turu çərçivəsində sentyabrın 18-də keçiriləcək “Real”la görüşdə mütləq rekorda imza atacaq.

Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır. Bu müddət ərzində komanda iki dəfə İspaniya çempionu, iki dəfə Avropa Liqasının qalibi olub.

La Liqada beş oyundan sonra “Atletiko” 10 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button