Simeone bu 2 futbolçunu “Atletiko”da istəmir

Madrid “Atletiko”su 2023/24 mövsümü başlamadan öncə hücumçu Joao Feliksi və müdafiəçi Renan Lodini satmaq istəyir.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, adıçəkilən futbolçular “hindular”ın çalışdırıcısı Dieqo Simeonenin planlarında yer almayıb.

Lodi 2022/23 mövsümünü icarə əsasında “Nottingem Forest”də, Feliks isə “Çelsi”də keçirib.

Braziliyalı müdafiəçinin Madrid klubu ilə hazırkı müqaviləsi 2026-cı ilə, portuqaliyalı forvardın sözləşməsi isə 2027-ci ilə qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button