Simeonedən meymuna bənzədilən futbolçuya dəstək

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 6-cı turunun “Real”la oyunu ərəfəsində rəqibin futbolçusu Vinisius Juniorla bağlı qalmaqaldan danışıb.

Daha əvvəl İspaniya İdman Agentlikləri Assosiasiyasının prezidenti Pedro Bravo “El Chiringuito” telekanalında Vinisiusu meymuna bənzədərək, təhqir etmişdi. O, braziliyalının vurduğu qolları qeyd etmə tərzini bəyənməyib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, argentinalı məşqçi Vinisiusu müdafiə edib:

“Biz hamımız eyni cəmiyyətin bir hissəsiyik. Biz insanlarıq və bu bizim cəmiyyətimizdir”.

Vinisius “Real”a 2018-ci ildə “Flamenqo”dan keçib. 22 yaşlı futbolçu bu mövsüm La Liqada 5 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Atletiko” – “Real” matçı sentyabrın 18-də keçiriləcək və saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button