Simeone: “Yeganə çatışmayan şey…”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Mançester Siti” ilə heç-heçə edib (0:0) turnirdən kənarlaşmaları haqda fikirlərini bildirib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, azarkeşlərin “Atletiko” ilə fəxr etdiyini deyib:

“Biz əldə etdiklərimizlə fəxr edirik. Azarkeşlərimiz heyrətamiz idi. Onlar komandamızı irəli səsləyirdilər və qələbəyə yaxın olduğumuz zaman daha da coşmuşdular. Şübhə etmirəm ki, azarkeşlər də necə mübarizə apardığımızı gördülər və bizimlə fəxr edirlər. Ən vacibi də budur: necə futbol oynamağınızdan asılı olmayaraq, meydanda mübarizə aparırsız. Yeganə çatışmayan şey qələbə qazana bilməməyimiz oldu”.

İlk oyunda “Mançester Siti”yə 0:1 hesabı ilə uduzan “Atletiko” Çempionlar Liqası ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button