Simeone: “Bizim inanılmaz güclü rəqibimiz var”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 30-cu turunda “Alaves”lə oyundan (4:1) sonra Çempionlar Liqasının “Mançester Siti” ilə matçından gözləntiləri haqda danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, argentinalı baş məşqçi, “Mançester Siti”nin çox güclü olduğunu deyib:

“Bizim inanılmaz güclü rəqibimiz var. La Liqada oyunlar Çempionlar Liqasındakıdan çox fərqlidir”.

Çempionlar Liqasının 1/4 final mərhələsində “Mançester Siti” ilə “Atletiko” arasında ilk görüş aprelin 5-də olacaq. Cavab oyunu isə aprelin 30-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button