Vrsalko “Qarabağ”la oyunda iştirak edəcək?

Yunanıstanın “Olimpiakos”unun futbolçusu Şime Vrsalko Bakıda “Qarabağ”a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyununda iştirak edə biləcək.

Komanda.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının 7-ci tur matçını xəstəlik səbəbindən buraxan 30 yaşlı müdafiəçi sıraya dönüb.

Xorvatiya millisinin üzvü Pirey təmsilçisinin məşqlərinə qoşulub.

Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçı saat 20:45-də başlayacaq. “Köhlən atlar” 3-cü turda Afinadakı görüşdə rəqibini üç cavabsız qolla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button