
Bernardo Silva “Real”ı seçdi
“Mançester Siti” ilə yollarını ayıran portuqaliyalı yarımmüdafiəçi Bernardo Silva karyerasını “Real”da davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçuya “Barselona” da maraq göstərsə də, o, seçimində Madrid təmsilçisinə üstünlük verib.
Silvanın qərarında əsas rol oynayan amil Joze Mourinyonun “Real”a qayıdışı olub. Bildirilir ki, futbolçu, həmyerlisinin rəhbərliyi altında çıxış etmək istədiyi üçün “kral klubu”nu seçib. O, Madrid təmsilçisinə azad agent kimi qoşulacaq.
Bernardo Silva 2017-ci ilin iyulundan “Mançester Siti”nin formasını geyinirdi. O, bu müddət ərzində komandanın əsas simalarından birinə çevrilərək, çoxlu titullar qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



