
Silvanın açıqlaması “Barselona”nı təəccübləndirib
“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Bernardo Silvanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu yaxınlarda “Barselona”ya keçid variantını nəzərdən keçirdiyini etiraf etsə də, yekun qərar vermədiyini bildirib. Kataloniya klubunda oyunçunun bu açıqlaması təəccüblə qarşılanıb. Belə ki, tərəflər arasında artıq müddəti iki il olan müqavilənin şərtləri razılaşdırılıb. Buna baxmayaraq, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik, Silvanın transferini prioritet hesab etmir. Almaniyalı mütəxəssis komandanın yarımmüdafiə xəttinin kifayət qədər güclü və komplektləşdirilmiş olduğunu düşünür.
31 yaşlı futbolçunun xidmətində maraqlı olan digər klub isə “Atletiko”dur. Madridlilər Silvaya “Barselona” ilə müqayisədə daha vacib rol vəd edir.
Bizi Facebook-da izləyin



