David Silvaya 3 illik müqavilə təklifi

Mövsümün sonunda “Mançester Siti”dən ayrılan David Silvanın “Latsio” ilə danışıqlar apardığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, İtaliya klubunun 34 yaşlı futbolçuya təklif etdiyi müqavilənin detalları məlum olub. Məlumata görə, paytaxt klubu Silvaya ildə 3 milyon avro məvacib olmaqla, üç illik müqavilə təklif edib. Tərəflərin bu şərtlərlə anlaşmaya yaxın olduğu bildirilir. İspan futbolçunun “Latsio” ilə yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

David Silva 2010-cu ildən “Mançester Siti”nin uğurları üçün çalışırdı.