“Keşlə”nin legioneri 100-ə çatdı

Sezar Meza Kolli “Keşlə”nin heyətində 100-cü oyununu keçirib.

Komanda.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçinin yubileyi Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçına təsadüf edib. “Zirə” ilə ev qarşılaşması (1:2) legionerin 100-cü görüşü olub. O, bu oyunlarda 16 qol vurub.

Sezar 2013-16 və 2018-ci illərdə də şərəfini qoruduğu “Keşlə”yə 2019-cu ilin yayında qayıdıb. O, Premyer Liqada 82 (9 qol), ölkə kubokunda 16 (5 qol), UEFA Avropa Liqasında 2 (2 qol) matçda forma geyinib.