Şeydayevlə İsgəndərli oynadı, Həsənalızadə…

Türkiyə 1-ci liqasında 23-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüsal İsgəndərli ilə Ramil Şeydayev də bu turda meydana çıxıblar.

Vüsalın komandası “Boluspor” səfərdə digər azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin “Tuzlaspor”u ilə qarşılaşıb. Bolu təmsilçisi səfərdə 2:1 hesablı qələbəyə sevinib. Bəxtiyarın oynamadığı görüşdə Vüsal 81-ci dəqiqədə meydana buraxılıb. O, 90+2-ci dəqiqədə sarı vərəqə də alıb.

Şeydayev isə “Şanlıurfaspor”la ev oyununun iştirakçısı olub. Ramil komandasının 0:1 hesabıyla uduzduğu matçın ikinci hissəsində meydanda olub.

Bu nəticələrdən sonra “Kocaelispor” 43 xalla 3-cü, “Boluspor” 36 xalla 6-cı, “Tuzlaspor” isə 22 xalla 16-cıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button