Şeydayev “Qarabağ”dan gedir – Daha az futbol, daha çox pul!

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin “Qarabağ”dan ayrılacağının dəqiqləşdiyi haqda xəbər yayılıb.

Onun illik 1 milyon dollar maaş müqabilində Asiya ölkəsinə – Taylandın “Buriram Yunayted” klubuna yollanacağı gözlənilir. (“Futbolinfo”)

“Köhlən atlar”la sözləşməsi iyunun 30-da sona çatacaq futbolçu Ağdam təmsilçisindən getməyi düşünür. Ramili futbol ölkəsi kimi tanınmayan Taylanda cəlb edən isə ona kifayət qədər yüksək maaş təklif edilməsidir.

Şeydayev cari mövsümdə “Qarabağ”ın heyətində bütün turnirlər daxil olmaqla 53 oyuna çıxıb, 23 qol vurub və 8 məhsuldar ötürmə edib.

“Qarabağ”dan məsələ ilə bağlı rəsmi mövqe öyrənmək istəsək də, qarşı tərəf Komanda.az-a futbolçu ilə müqavilənin hələ davam etdiyini, ona görə də, indi bu barədə açıqlama verməyin tez olduğunu bildirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button