Şeydayev Çempionlar Liqası oyunundan sonra döyüldü – VİDEO

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı matçından sonra dava düşüb.

Komanda.az xəbər verir ki, Çinin “Çjetsyan” komandası ilə qarşılaşmanın ardından futbolçular arasında qarşıdurma olub.

Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib. Nəticədə o, qonaqların ən çox döyülən futbolçularından biri olub. Buna onun rəqib komandanın üzvlərindən birinin boynundan tutaraq sıxması səbəb olub.

Qeyd edək ki, görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Buriram Yunayted” bu məğlubiyyətin ardından 6 xalla qrup üçüncüsüdür.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button