Şeydayev – 100

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “Qarabağ”da 100-cü oyununu keçirib.

Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının 21-ci turuna təsadüf edib. O, “Kəpəz”lə səfər görüşündə meydana çıxıb.

Şeydayev 100 matçda 30 qola imza atıb. O, ölkə çempionatında 61 (23 qol), kubokda 9 (4 qol), avrokuboklarda 30 (3 qol) dəfə şans qazanıb.

Onun “Qarabağ”dakı debütü də “Kəpəz”ə qarşı oyunda gerçəkləşib. 2017-ci il sentyabrın 17-də Premyer Liqada keçirilən ev görüşü (2:0) onun Ağdam klubunda ilk matçı olub.

Gəncədəki matç 1:1 hesabı ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button