“Sevilya”nı digər La Liqa klubuna dəyişdi

İspaniyanın “Espanyol” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi digər elita klubu “Sevilya”dan Sebastyen Korşyanı heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı fransalı müdafiəçi satınalma şərti ilə 1 illik icarəyə götürülüb.

Daha öncə “Soşo” və “Lill” klublarında da oynamış Korşya, “Sevilya”da 2017-ci ildən çıxış edirdi. Fransa yığmasında da 1 oyun keçirmiş futbolçu, geridə qalan mpvsümü “Benfika”da icarədə keçirib.