“Rəşad həm “Ərzurumspor”u, həm də bütün Türkiyəni aldadıb”

Sevgilisini avtomobil qəzasında itirdiyini deyən “Ərzurumspor”un fransalı futbolçusu Rəşad Məhəmmədin yalanının üstü açılıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Sivasspor”la oyundan əvvəl sevgilisi Martine Fredriksenin öldüyünü deyən futbolçunun, Norveçə getmək üçün bu yola əl atdığı məlum olub.

“Tvitter”də açıqlama verən Martine, bütün bunların futbolçudan ayrıldıqdan sonra olduğunu deyib:

“Rəşad ilə sevgili idik. Amma həm mənimlə, həm də Linn Kristine ilə birlikdə imiş. Biz Linnlə bir-birimizi tapdıq və bunu Raşada bildirərək, ikimiz də ondan ayrıldıq. Sonra bir anda Norveçdə də sevdiyi qızın olması ilə bağlı xəbərlər yayıldı, Rəşad isə mənim ölməyimlə bağlı məlumat verdi. Komandanın baş məşqçisi Mehmet Özdilək də ona inanıb. Rəşad həm “Ərzurumspor”u, həm də bütün Türkiyəni aldadıb”.

Komandanın futbolçuları “Sivasspor”la oyunda qol vurduqdan sonra Rəşadın yanına gedərək, qolu onun ölən sevgilisinə həsr etmişdilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button