“Çukariçki”nin futbolçusu: “İlk matç çox şeyi həll edə bilər”

Serbiyanın “Çukariçki” komandasının futbolçusu Srcan Miyailoviç Konfrans Liqasının 2-ci mərhələsində “Sumqayıt”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan 27 yaşlı yarımmüdafiəçi, Avropada asan rəqibin olmadığını deyib:

“Artıq “Sumqayıt”ın üstün və çatışmayan tərəflərini bilirik. Avropada asan rəqib yoxdur. İlk matç çox şeyi həll edə bilər və tribunalardan böyük dəstək görəcəyimizi ümid edirəm.

Bütün diqqətimiz “Sumqayıt”dadır. Addım-addım irəliləmək istəyirik. Kifayət qədər yaxşı ola bilsək, növbəti tur haqda danışarıq”.

“Sumqayıt” “Çukariçki” ilə ilk oyununu sabah Belqradda keçirəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da, Sumqayıtda olacaq.