Mitroviç Azərbaycan millisi üzərində qələbəni şərh etdi

Serbiya milli komandasının futbolçusu Aleksandar Mitroviç DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Azərbaycan yığmasını məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az “nova.rs” saytına istinadən xəbər verir ki, görüşdə komandasının hər iki qolunu vuran 26 yaşlı hücumçu, 2:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Oyundan-oyuna daha yaxşı olacağıq. Əsas olan qələbə və onun qazandırdığı xallardır. Həm fiziki, həm də zehni olaraq çətin oyun oldu.

İki yorucu oyun keçirdik. Düzdür, futbolçularımızın sayı çoxdur, lakin qısa müddətdə 3 matç oynamaq asan deyil. Daha güclü komanda ilə oynadıqdan sonra Azərbaycanla matç zehni olaraq çətin olur. Oyuna rahat başladıq, ilk qolu vurduq. İkinci qolu daha tez vursaydıq, bəlkə hər şey fərqli olardı. Lakin əsas olan nəticədir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button