Seneqallı qapıçıdan vida paylaşımı – FOTO

“Çelsi”dən ayrılan qapıçı Eduard Mendi sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, klubla qazandığı uğurları xatırladıb:

“Karyeramda yeni bir səhifə açmağa hazırlaşarkən dostlarımla vidalaşmaq mənim üçün çətindir. “Çelsi” ilə inanılmaz 3 il keçirdim: Çempionlar Liqasının, UEFA superkubokunun, Klublararası dünya çempionatının qalibi olduq.

Roman Abramoviçə (klubun keçmiş sahibi), Marina Qranovskayaya (klubun keçmiş direktoru), Petr Çexə (keçmiş qapıçı) və burada mənə dəstək olan hər kəsə ürəkdən təşəkkür edirəm! Hər şey üçün məşqçilərə, bütün kluba, komanda yoldaşlarıma, azarkeşlərə minnətdaram!

Yeni səhifə açmağın vaxtı çatıb. “Çelsi”yə qarşıdakı illərdə çoxlu uğurlar və titullar qazanmağı arzu edirəm”.

Mendi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçib. 31 yaşlı qolkiper yeni klubu ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. Ərəblər bu transferə görə “Çelsi”yə 18,5 milyon avro ödəyiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button