Satılmır!

“Bayern” Josua Kimmixi başqa kluba buraxmaq fikrində deyil.

Komanda.az xəbər verir ki, Münhen klubunun rəhbərliyinə görə, Kimmix toxunulmaz futbolçudur, transfer üçün əlçatan deyil.

Daha əvvəl alman yarımmüdafiəçi ilə “Real” və “Barselona”nın maraqlandığı haqda məlumat yayılmışdı.

“Bayern” futbolçu ilə bağlı hansısa danışıqlar aparmaq niyyətində deyil. Kimmix Münhen klubunun layihəsinin əsas oyunçularından hesab olunur.

Yarımmüdafiəçi 2015/16 mövsümündən Münhen klubunda çıxış edir.

Kimmix bu mövsüm Bundesliqada 31 matçda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button