“Barselona”nın “radar”ında olan futbolçu Premyer Liqa yolunda

“Sassuolo”nun yarımmüdafiəçisi Jeremi Boqa karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Everton”un maraq dairəsindədir. Mersisayd klubu yay transfer dövründə heyətini Boqa ilə gücləndirmək niyyətindədir.

Boqa ilə “Barselona”, “Çelsi” və “Napoli”nin də maraqlandığı bildirilir.

“Sassuolo” ilə müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulan futbolçu, cari mövsümdə iştirak etdiyi 35 oyunda 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button