“Sarri “Yuventus” üçün düzgün seçimdir” – Markizio

“Yuventus”un sabiq futbolçusu Klaudio Markizio komandanın baş məşqçisi Mauritsio Sarri ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, Sarrinin “qoca sinyora” üçün yaxşı seçim olduğunu bildirib:

“Düşünürəm ki, Sarri “Yuventus” üçün düzgün seçimdir. Onun zamana ehtiyacı var. Bu komanda əvvəllər Antonio Konte və Massimiliano Alleqrinin rəhbərliyi altında uğurlu çıxış edib. Sarri burda əla komandaya güvənə bilər. O, “Napoli”də əla oyun ortaya qoydu və çətinliklərə baxmayaraq, “Çelsi” ilə Avropa Liqasının qalibi oldu. “Çelsi”dəki təcrübəsi ona “Yuventus”dakı işində kömək edəcək”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button