“Mançester Siti” hazırda Avropanın ən yaxşı komandasıdır – Sarri

“Çelsi”nin baş məşqçisi Mauritsio Sarri, Premyer Liqanın 26-cı turunda “Mançester Siti”ylə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan Sarri, “Mançester Siti”nin Avropanın ən yaxşı komandası olduğunu deyib:

“Bu mövsüm ilk 4-lükdə ola biləcəyimizə inanıram. Premyer Liqada çempionluq yarışı “Liverpul” və “Mançester Siti” arasında olacaq. “Mançester Siti” hazırda Avropanın ən yaxşı komandasıdır. Bütün klublar onları nümunə götürməlidir.

İlk dövrədə “Mançester Siti”ni məğlub etdik. Düzgün vaxtda vurduğumuz qol bizə qələbəni gətirdi. Qələbəyə layiq idik, ancaq etiraf edirəm ki, bir az da bəxt yanımızda idi.

“Mançester Siti”yə qarşı oynamaq asan deyil, son 15 oyunda 43 qol vurublar. Yaxşı müdafiə olunmalıyıq. Etdikləri təzyiqlərdən çıxmaq çətindir. Bunu bacarsaq, yaxşı nəticə əldə edə bilərik”.

“Mançester Siti” – “Çelsi” matçı sabah, saat 20:00-da start götürəcək.