“Şans bizim tərəfimizdə deyildi” – “Neftçi”nin futbolçusu

“Neftçi”nin qapıçısı İvan Brkiç “Zirə” ilə kubok matçı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, xorvatiyalı futbolçu “instaqram” səhifəsində yarımfinal mərhələsindəki məğlubiyyəti qəbul etməyin çətin olduğunu yazıb:

“Bunu qəbul etmək çətindir. Amma biz ən yaxşısını etməyə çalışdıq. Sadəcə bu dəfə şans bizim tərəfimizdə deyildi”.

Yarımfinalın hər iki görüşündə “Zirə” ilə qolsuz heç-heçə edən “Neftçi” penaltilər seriyasında uduzaraq (2:4), kubokla vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button