“Sanki dogma meydanda oynayan biz deyildik” – Ağatahir Əzimov

19 yaşadək futzalçılardan ibarət Azərbaycan və Türkiyə yığmaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Azərbaycan yığma komandasının baş məşqçisi Ağatahir Əzimov 1:10 hesabıyla uduzduqları oyunu belə şərh edib:

“Çox pis oynadıq. Rəqibdən çəkindik, sanki dogma meydanda oynayan biz deyildik. Məşqdə etdiklərimizi oyunda göstərə bilmədik. Razıyam, fiziki cəhətdən rəqibdən geri qalırıq. Ancaq verdiyim tapşırıqları da uşaqlar tətbiq edə bilmədilər. Seçim imkanımız məhduddu”.

Türkiyə yığma komandasının baş məşqçisi Murat Kaya isə ardıcıl ikinci qələbələri ilə bağlı bunları söyləyib:

“Birinci oyunda müdafiədə müəyyən səhvlərə yol vermişdik. Dünən məşq zamanı onları düzəltməyə çalışdıq. Bilirdik ki, rəqibimiz əsas standart vəziyyətlər zamanı təhlükəli olur. Bu dəfə səhvsiz oynadıq, sürəti artırmağa çalışdıq. Göstərdiyiniz qonaqpərvərliyə, diqqətə görə təşəkkürümüzü bildiririk. Bizim üçün faydalı oyunlar oldu”.