Samir Abasov: “Zirə”də qalacam”

“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Formal xarakter daşıyan oyun idi. Yaxşı ki, udduq. Bu il bizim üçün çətin keçdi. Kubokda uduzduq, çempionatda da istədiyimiz yerə gəlib çıxa bilmədik. Gələcək üçün yaxşı komanda hazırlamalıyıq.
  • “Zirə”də qalacaqsız?
  • Rəhbərliklə ilkin danışığımız olub. Qalacam. Bir də görüşümüz olacaq. Orada çox şeyi müzakirə edəcəyik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button