Samir Abasov: “Limit Azərbaycan futboluna mane olur”

Futbol üzrə Azərbayan Premyer Liqasının 4-cü turu çərçivəsində səfərdə “Sumqayıt” üzərində 2:1 hesablı qələbədən sonra “Zirə”nin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

  • Uşaqlara sonadək səbr etdiklərinə görə təşəkkür edirəm. Sumqayıtda yerli azarkeşlər daim möhtəşəm olub. Bu da səfərdə oynayan komandaya çətinliklər yaradır. Komandamızı təbrik edirəm.
  • Fasilədən sonra geri çəkilməyinizin səbəbi nə idi?
  • Bəzən elə epizodlar olur ki, geriyə çəkilirsən. Əsas odu ki, səbrlə oynadıq. Bəzi hallarda lazım olanı etməsək də, buna da nail olacağıq.
  • Rəqib iki dəfə 100 faizli qol epizodunu qaçırdı. Bəxtiniz gətirdi, deyilmi?
  • Əsas odu ki, qalib gəldik. Gənc futbolçularımız var, bəzən səhvlərə yol verirlər.
  • Fikirinizcə, 21 yaş limiti komandanıza mane olur?
  • Hesab edirəm ki, limit Azərbaycan futboluna mane olur. (sport24.az)
Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button