“Şamaxı”nın baş məşqçisi: “Axtarışlarımız davam edir”

“Azarkeşlərimizə təşəkkür edirəm. İş vaxtı olanda oyuna gəlməyə çətinlik çəkirlər. Amma bu gün bizi tək qoymadılar”.

Komanda.az xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 19-cu tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis oyunçularını qələbə münasibətilə təbrik edib:

“Qələbə münasibəti ilə oyunçularımı təbrik edirəm. Bizim üçün vacib idi. Gələcək qarşılaşmalarda “Səbail”ə uğurlar arzulayıram. Biz isə “Qarabağ”la görüşə hazırlaşacağıq”.

Əsgərli fasilə zamanı futbolçularına boşluqları izah etdiyini dilə gətirib:

“Fasilədə özümüzdə və rəqibdəki boşluqları oyunçulara izah etdik. Bəzən bunlardan istifadə etsək də, davamını gətirə bilmirik”.

Baş məşqçi son olaraq transferlər barədə danışıb:

“Axtarışlarımız davam edir. Bir-iki mövqedə çatışmazlıqlar var. Gənc oyunçularla danışıqlar aparılır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button