“Şamaxı”nın baş məşqçisi: “Təəssüf ki, alınmadı”

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 15-ci turunun “Şamaxı” (1:1) ilə oyunu ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Əsgərli matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Oyun gözlədiyimizdən də çətin keçdi. “Kəpəz” bizimlə oyuna qədərki turlarda yaxşı çıxış edirdi. Biz özümüz də çempionatda iki oyun idi qalib gəlirdik. Uğurlu seriyanın davamını gətirmək niyyətindəydik. Təəssüf ki, alınmadı. Buna baxmayaraq, futbolçularımız əzmkarlıq göstərdi. İlk 20 dəqiqəni çıxmaq şərtilə, çox yaxşı oynadıq. Komandaya təşəkkürümü bildirirəm, ən yaxşısını etdilər və ən yaxşısına da layiqdirlər. Özləri də bilir ki, birlikdə yaxşı işlər görə bilərik. Qarşıdakı turlarda “Kəpəz”ə uğurlar arzulayıram. Biz də önümüzə baxırıq, növbəti tura hazırlaşacağıq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button