“Şamaxı”da istirahət bitdi

Premyer Liqanın 14-cü turu çərçivəsində doğma meydanda “Sumqayıt” üzərindəki qələbədən (4:2) sonra istirahətə buraxılmış “Şamaxı”da istirahət başa çatıb.

Komanda.az xəbər verir ki, sözügedən komanda 3 günlük fasilənin ardından bu gün məşqləri bərpa edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda doğma meydanda növbəti oyunlara hazırlığı davam etdirir.

“Şamaxı” noyabrın 22-də Azərbaycan kubokunun 1/8 finalı çərçivəsində “Turan Tovuz”u qəbul edəcək. Şamaxı şəhər stadionunda baş tutacaq bu görüşə saat 14:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button