Mourinyo Silva ilə bağlı planını dəyişib

“Real”ın yeni transferi Bernardo Silva mövsümə ehtiyat oyunçular skamyasında başlaya bilər.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, yayda azad agent kimi “Mançester Siti”dən ayrılan portuqaliyalı yarımmüdafiəçi “kral klubu”na transfer olunarkən baş məşqçi Joze Mourinyo onu əsas heyətin vacib fiqurlarından biri hesab edirdi. Ancaq hazırda vəziyyət dəyişib. Klub rəhbərliyi və məşqçilər heyəti Silvanın Portuqaliya millisi ilə dünya çempionatındakı çıxışından sonra onun əsas heyətdəki yeri ilə bağlı tam əmin deyil.

Portuqaliya millisi DÇ-2026-nın 1/8 final mərhələsində İspaniya yığmasına məğlub (0:1) olaraq, mundialda mübarizəsini dayandırıb.

31 yaşlı yarımmüdafiəçi “Real”la müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. O, 2017-ci ildən etibarən “Mançester Siti”nin formasını geyinirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button