“Gəncə” braziliyalı voleybolçu ilə anlaşdı

“Gəncə” voleybol klubu heyətinə yeni oyunçu qatıb.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Braziliyalı voleybolçu Ariadne Ramos ilə müqavilə imzalanıb.

Braziliya və Peruda çıxış etmiş oyunçu son olaraq ölkəsində “ASV Hornets”in formasını geyinib.

“Gəncə” daha əvvəl Leyla Parşkova, Hellen Luvizetti Lacava, Militsa Vukoviç və Olena Napalkova ilə də müqavilə bağlayıb. Bundan əlavə, Mellisa Rangel ilə sözləşmənin müddəti uzadılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button