“Şalke”nin futbolçuları son 4 turda oynamaq istəmir

Almaniyanın “Şalke” klubunun futbolçuları Bundesliqanın son 4 turunda meydana çıxmaq istəmirlər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna komandanın ikinci Bundesliqaya yuvarlanmasından sonra baş verənlər səbəb olub.

“Şalke” son turda “Arminiya”ya uduzmaqla 33 ildən sonra elita ilə vidalaşmaq məcburiyyətində qalıb. Lakin bu, klub azarkeşlərinin böyük qəzəbinə səbəb olub. Onlar həmin görüşdən sonra futbolçulara hücum ediblər. Bu hadisədən təsirlənən futbolçular isə qalan 4 turda meydana çıxmaq istəmirlər.

Klubun İdarə Heyətinin üzvü Peter Knaebel açıqlamasında futbolçuların son 4 turda oynayıb-oynamayacağına özlərinin qərar verəcəyini deyib: “Bir futbolçu artıq yerdə qalan 4 matça çıxmaq istəmirsə, bunu anlaya bilərəm. Belə şeylər qanuni yollarla olduğu müddətdə hər bir qərara hörmət edirəm”.

Qeyd edək ki, “Şalke” tarixi ərzində daha əvvəl 3 dəfə (1981-ci il, 1983-cü il, 1988-ci il) aşağı liqaya yuvarlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button