“Şalke”dən Rüfət Dadaşovsuz qələbə

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ahlen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:3.

Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke 2” bu nəticədən sonra 10 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.