Salahın dərdi bilindi

“Liverpul”un hücumçusu Məhəmməd Salah klub rəhbərliyindən narazıdır.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, səbəb komandanın yeni transferi Florian Virtsin “klubun gələcəyi” statusu almasıdır.

Almaniyalı yarımmüdafiəçi yayda Leverkuzen “Bayer”indən “Liverpul”a keçib və Mersisayd klubunun tarixində ən bahalı transfer kimi qeydiyyata düşüb.

33 yaşlı Salah 2017-ci ildən “Liverpul”un formasını geyinir. O, bu müddətdə Premyer Liqa, UEFA Çempionlar Liqası, ölkə kubokları, Klublararası dünya çempionatı və digər titullar qazanıb. Misirli oyunçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

“Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button