Salah üçün 150 milyon avroluq təklif

“Əl-Hilal” İngiltərə klubu “Liverpul”un vingeri Məhəmməd Salahı 150 milyon avroya transfer etmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ərəblər qarşı tərəflə bununla bağlı danışığa başlayıblar. Yurgen Klopp mövsümün sonunda “qırmızılar”ın baş məşqçi postunu tərk edəcəyini açıqladığından, misirli hücumçu da ayrılmaq qərarına gəlib.

“Əl-Hilal” 100 milyon avro nağd, 50 milyon avro isə bonus şəklində ödəməyi planlaşdırır.

Məhəmməd Salahın “Liverpul”la müqavilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button