“Liverpul” Salahla danışıqlar aparacaq

“Liverpul”un hücumçusu Məhəmməd Salahın gələcəyi qeyri-müəyyən olaraq qalır.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, cari mövsümün sonunda tərəflər misirli futbolçunun həm qısa, həm də uzunmüddətli gələcəyini müzakirə etmək üçün danışıqlar aparacaq.

Əvvəllər Salahın başqa kluba gedə biləcəyi ilə bağlı mətbuatda dəfələrlə məlumat yer alıb.

31 yaşlı forvardın klubla müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Salah bu mövsüm 41 rəsmi oyun keçirib. O, bu matçlarda 24 qol vurub, 13 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button