Onlara nə olduğunu anlamıram – Sabiq “Liverpul”lu

“Liverpul”un sabiq müdafiəçisi Cimi Karaqqer, keçmiş komandasının hazırkı heyətini dəyərləndirib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan sabiq ingilis müdafiəçi, hazırda “Mançester Yunayted”in daha güclü heyətinin olduğunu deyib:

“Mançester Yunayted” “Liverpul”dan daha yaxşı heyətə malikdir. Bu, futbol azarkeşlərinə qəribə gələ bilər, ancaq belədir. “Liverpul”un son oyunlarına baxdıqda, bəzi futbolçuların “performans”ının zəif olduğunu görə bilərik.

Yurgen Kloopun Nataniel Klaynı nə üçün oynatmadığını başa düşmürəm. O, cinahda komandanı yaxşı hücuma çıxara bilər. Roberto Firmino son oyunlarda özünə bənzəmir. Məhəmməd Salah da eyniylə Firmino kimidir. Onlara nə olduğunu anlamıram. Onların “performans”ları zəifdir deyə, “Liverpul” hazırda lider də olsa, yeri möhkəm deyil”.

“Liverpul” son turda “Vest Hem”lə 1:1 hesablı heç-heçə edib. 62 xalla lider olan “qırmızılar”ı 59 xalla “Mançester Siti” izləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button