Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Samsunspor” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib. Bu oyunda qonaqların heyətində meydana çıxmış Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb. O, 68-ci dəqiqədə sarı vərəqə də alıb.

“Kayserispor” – “Trabzonspor”, “İstanbulspor” – “Fatih Karagümrük” və “Konyaspor” – “Alanyaspor” matçlarında isə qonaqlar qalib gəliblər.

Türkiyə Super Liqası
33-cü tur

19 aprel

Beşiktaş – Ankragücü 2:0
Qollar: Muçi, 18. Muleka, 67.

20 aprel

İstanbulspor – Fatih Karagümrük 1:2
Qollar: Koli, 85 – G.Yalçın, 86. Fequli, 90+7-pen.

Konyaspor – Alanyaspor 0:2
Qollar: Haderqyonay, 45+1. Karlos Eduardo, 90+2.

Kayserispor – Trabzonspor 1:2
Qollar: Burabia, 87 – E.Destan, 24. Pepe, 58.

Samsunspor – Adana Dəmirspor 1:1
Qollar
: Dimata, 90+2 – Mendosa, 41.

21 aprel

14:30. Başakşəhər – Rizəspor
20:00. Antalyaspor – Hatayspor
20:00. Qalatasaray – Pendikspor
20:00. Qaziantep – Kasımpaşa

22 aprel

21:00. Sivasspor – Fənərbaxça

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button