Şahruddin məşqlərə başlayıb? – Klub rəsmisindən açıqlama

“Qarabağ” martın 26-da Türkiyənin “Qalatasaray” klubu ilə yoldaşlıq görüşü çərçivəsində qarşılaşıb. Matç İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyundan bir gün öncə – 25 martda keçirilən məşqdə Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev də iştirak etmişdi. Öncədən qolkiperin iki ay müddətində yaşıl meydanlardan kənar qalacağı bildirilirdi.

Futbolçunun son durumu ilə bağlı Komanda.az-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə onun tam şəkildə məşqlərə başlamadığını bildirib:

“O məşqdə iştirak etmək sayılmaz. Çünki Şahruddin tam şəkildə məşq etmir. Fiziki formasını itirməmək üçün bəzi tapşırıqları yerinə yetirir.

O, komanda ilə tam şəkildə məşqlərə başlamayıb. Yaxın iki həftə ərzində tədricən komandanın əsas məşqlərinə qoşulacaq”.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev Türkiyənin Antalya şəhərində olan təlim-məşq toplanışında zədələnmişdi.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button