Şahruddin Məhəmmədəliyev UEFA-nın diqqət mərkəzində

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev UEFA-nın diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, qitə futbol qurumu qolkiperin Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la matçdakı seyvini fərqləndirib.

Turnirdə 3-cü turun ən yaxşı qurtarışları ilə bağlı “tvitter”də paylaşım edən UEFA “Dörd əla seyv. Sevdiyiniz?” başlığı altında 4 qapıçının seyvini azarkeşlərə təqdim edib.

Şahruddinin “Olimpiakos”la görüşün əvvəllərində rəqibin cərimə zərbəsinə göstərdiyi reaksiyada fərqlənənlər sırasında olub. Onunla yanaşı, “Omoniya”nın qapıçısı Fabianonun “Mançester Yunayted”lə, AEK-in qolkiperi Kenan Piriçin “Fənərbaxça” ilə, “Betis”li Klaudio Bravonun isə “Roma” ilə görüşdəki qurtarışı da ən yaxşılardan biri kimi təqdim olunub.

Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə məğlub edən “Qarabağ” 6 xalla qrupda ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button